Pezeşkianın andiçmə mərasimi bu tarixdə keçiriləcək

10 İyul 2024 13:56 (UTC+04:00)

İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi çərşənbə axşamı, avqustun 9-da keçiriləcək. SİA xəbər verir ki, bu barədə İRNA-nın məlumatında bildirilib.

Qeyd edilib ki, mərasimdə İsalm Respublikasının məsul şəxslərilə yanaşı, müxtəlif ölkələrdən olan xarici qonaqlar da iştirak edəcəklər.

İyulun 15-də keçirilən 14-cü prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian xalq tərəfindən səs çoxluğu ilə İranın 9-cu dövlət başçısı seçilib.