“Sabah”dan ayrılan futbolçu Premyer Liqa təmsilçisinə keçib

10 İyul 2024 13:54 (UTC+04:00)

“Sabah” komandası yarımmüdafiəçi Veysəl Rzayevlə yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, futbolçu “Turan Tovuz”a transfer edilib.

Xatırladaq ki, Veysəl Rzayev ötən mövsüm icarə əsasında “Turan Tovuz”da çıxış edib.