Ukrayna qoşunları cəbhədə mövqelərini yaxşılaşdırıb

10 İyul 2024 11:48 (UTC+04:00)

...Konqresin gecikmələrdən sonra 61 milyard dollarlıq böyük yardım paketini qəbul etməsi Ukraynada vəziyyəti yaxşılaşdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ rəsmilərinin bu barədə dediklərinə “The Washington Post” nəşri də səhifələrində yer verib.

...Cəbhə xətti bir ildən çox müddət ərzində az dəyişsə də, ABŞ rəsmiləri deyirlər ki, Moskva döyüş meydanında öz üstünlüyünü qorumaq üçün artan çətinliklərlə üzləşəcək.

...Ukrayna təzyiq altında qalır, elə münaqişə də çox aktiv olaraq qalmaqdadır. Biz bütün bunlara çəhrayı eynəkdən baxmamalıyıq.

Qeyd edilməlidir ki, bunu ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib.

Onun sözlərinə görə, xətlər sabitləşib və Rusiya fövqəladə itkilər verir ki, bu da “onu Ukraynanın əlinə keçən zəif təlim keçmiş qüvvələrə arxalanmağa məcbur edir”.

Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden NATO sammitində Rusiyanın Ukraynaya qarşı müharibədə uduzduğunu demişdi.

...Çünki ruslar cəbhədə adamlarını itirir, onlar ölkəni tərk edir, Ukrayna isə azad və müstəqil olaraq qalır.

...Ukrayna Putini dayandıra bilər və etməlidir.

Bu fikirlər də Baydenə məxsusdur.

Əli Babayev