Ötən sutka ərzində 71 yanğın hadisəsinə çıxış olub, 1 nəfər xilas edilib - FHN

10 İyul 2024 10:58 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 71 yanğın hadisəsinə çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər. FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.

Ötən sutka ərzində suda batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, bağlı qapı arxasında 1 nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

FHN əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.