Mərkəzi Gömrük Hospitalında hipospadiya əməliyyatı uğurla icra olunur - VİDEO

10 İyul 2024 11:23 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Dr.Vüsal Cəfərov 10 aylıq oğlan uşağını hipospadiya əməliyyatı edib. Ağır uroloji qüsur - sidik kanalının öz normal yerində deyil, daha aşağıda yerləşdiyi bir hal olaraq oğlan uşaqlarında rast gəlinir. Hipospadiya anadangəlmə bir qüsur olub, çox incəlik tələb edən bir əməliyyat vasitəsilə müalicə olunur. Dr.Vüsal Cəfərov icra etdiyi hipospadiya əməliyyatı barədə ətraflı məlumat verib. SİA xəbər verir ki, süjeti Mərkəzi Gömrük Hospitalının rəsmi youtube kanalında izləyə bilərsiniz.