Tovuzda maşın traktorla toqquşdu - Yaralananlar var

10 İyul 2024 09:23 (UTC+04:00)

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, minik avtomobilinin traktorla toqquşması nəticəsində Şəmkir rayon sakinləri, 1992-ci il təvəllüdlü R. Məmmədov, 1982-ci il təvəllüdlü S. Məmmədov və Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü P. Rüstəmov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.