Paytaxt yollarında tıxac yarandı - SİYAHI

10 İyul 2024 09:02 (UTC+04:00)

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Tbilisi prospekti, mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.