Fransanın keçmiş birinci xanımı dindirilib

10 İyul 2024 09:06 (UTC+04:00)

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin arvadı Karla Bruni-Sarkozi dindirilib. SİA “Le Matin Suisse” saytına istinadla xəbər verir ki, keçmiş birinci xanım şahidləri ələ almaqda və cinayətkar qrupa qoşulmaqda ittiham edilir. Söhbət 2007-ci ildə prezident seçkiləri kampaniyasında Sarkozinin Liviya fondları vasitəsilə maliyyələşdirilməsi işindən gedir. Təhqiqat çərçivəsində Karla Bruni polis nəzarətinə götürülüb və onun prosesdəki digər şəxslərlə istənilən əlaqəsi qadağan edilib.