"Uzun ayaqlar"ın təqdimatında ulduzlar keçidi - FOTOLAR

10 İyul 2024 04:48 (UTC+04:00)

Dünya şöhrətli aktrisa Maika Monroe "Longlegs" (Uzun ayaqlar) filminin qırmızı xalçasında görüntülənib. SİA xarici mətbuata əsasən xəbər verir ki, 31 yaşlı aktrisa qorxu filminin Los-Ancelesdəki "Misir Teatrı"nda keçirilən premyerasında açıq-saçıq geyimi ilə diqqət mərkəzində olub.

Tədbirdə Nikolas Keyc, Bler Andervud, Alisiya Vitt, Dakota Daulbi, Lisa Çandler və rejissor Osqud Perkins kimi məşhurlar da yer alıb.