Zelenski NATO sammiti üçün Vaşinqtona gəlib

10 İyul 2024 00:46 (UTC+04:00)

İyulun 9-da Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun yubiley sammitində iştirak etmək üçün Vaşinqtona gəlib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısı videomüraciətində bildirib.

...İndi Vaşinqtondur. Bu gün NATO sammiti başlayır. Biz Ukraynaya lazım olacaq daha çox hava hücumundan müdafiə üçün mübarizə aparırıq. Əminəm ki, olacaq. Daha çox təyyarə üçün mübarizə aparırıq. “F-16”. Biz onlara sahib olmaq üçün mübarizə aparırıq. Biz Ukrayna üçün əlavə təhlükəsizlik təminatları uğrunda mübarizə aparırıq – bunlar silah və maliyyə, siyasi dəstəkdir.

Zelenski bildirib bunu.

Dövlət başçısı qeyd edib ki, Ukrayna silah, maliyyə və siyasi dəstək şəklində əlavə təhlükəsizlik təminatları və Amerika eləcə də Avropadan lazımi qətiyyətli addımlar üçün mübarizə aparır ki, bu da Ukrayna ordusunu gücləndirəcək.

O, Rusiya terrorunun uduzması üçün hər zaman hər şeyi etdiyini və edəcəyini vurğulayıb.

...Bu, təkcə bizim dövlətə deyil, hər kəsə, sözün əsl mənasında hər bir tərəfdaşa, bütün xalqlara lazımdır

Bunu da Zelenski bildirib.

Əli Babayev