Daha bir cütlük dələduzluq səbəbi ilə həbs olundu

9 İyul 2024 15:08 (UTC+04:00)

Türkiyədə daha bir fenomen cütlük həbs olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, istintaq çərçivəsində gözəllik mərkəzi sahibləri, fenomen cütlük Neslim Güngen və həyat yoldaşı İnanç Güngen saxlanılıb. Həbs olunan Güngen cütlüyü ifadələrini almaq üçün İstanbul şəhər Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, Neslimin 127 gözəllik mərkəzinin olduğu bildirilir. Bir müddət əvvəl prokurorluq cütlüyün məkanları haqqında araşdırma başladaraq, əmlaklarına müsadirə qoymuşdu.