Bağçalara qəbul prosesində bu uşaqlara üstünlük veriləcək

9 İyul 2024 12:20 (UTC+04:00)

Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə məlumat verib.

Məlumata əsasən, aşağıdakı şəxslərin övladları qəbul prosesində üstünlüyə malikdir:

- Şəhid ailələrinin övladları;

- Qarabağ müharibəsi, Vətən müharibəsi iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- tək işləyən valideynlərin uşaqları;

- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- hərbi xidmətdə olan valideynlərin uşaqları;

- təhsilalan anaların uşaqları;

- çoxuşaqlı ailələrdən olan uşaqlar;

- qəyyumluqda olan uşaqlar.