Ruslar sənədsiz evlənə biləcəklər...

9 İyul 2024 00:44 (UTC+04:00)

...Baş nazirin müavini Dmitri Qriqorenko Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyi, Federal Vergi Xidməti və Biometrik Texnologiyalar Mərkəzinin məşğul olacağı müvafiq mexanizmin hazırlanmasını əmr edib.

Ehtimal olunur ki, xüsusi xidmətin tətbiqi ilə nikaha daxil olmaq istəyən cütlüklər heç bir sənədsiz mərasimə gələ biləcəklər və onların şəxsiyyəti biometrikadan istifadə edilməklə təsdiqlənəcək.

...Pasportdan istifadə edərək nikahı qeyd etmək imkanı, əlbəttə ki, qalacaq.

...Qeyd edək ki, prezidentin sərəncamı ilə 2024-cü il ölkəmizdə “Ailə ili” elan edilib ki, insan pasportlu və ya pasportsuz nikahın qeydiyyata alınmasının ən rahat yolunu seçə bilsin.

Bunu baş nazirin müavini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, pasportsuz evlənmək ideyası ötən qış VDNKh-da “Rusiya” sərgisində pilot toy oynanılan zaman yaranıb.

Belə ki, mərasim zamanı bəylə gəlinin şəxsiyyəti biometrikadan istifadə edilməklə təsdiqlənib.

Əli Babayev