Dodon prezident seçkilərinə namizəd kimi qatılmayacaq

8 İyul 2024 21:47 (UTC+04:00)

Moldova Sosialistlər Partiyasının lideri, Rusiyayönlü fikirləri ilə tanınan İqor Dodon bu ilin payızında ölkədə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etməyəcək. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “NewsMaker” xəbər verir ki, o, bu barədə iyulun 8-də Kişinyovda keçirdiyi mətbuat konfransında bildirib.

...Güclü xarakterə, ən yüksək peşəkar və insani keyfiyyətlərə malik namizəd cənab Aleksandr Stoyanoqlodur, Sosialist Partiyası və şəxsən mən onu prezident seçkilərində tam inamla dəstəkləyəcəyik və bizim məqsədimiz seçkilərdə qalib gəlməkdir.

Dodon Stoyanoqlonu digər müxalifət qüvvələrinin ətrafında birləşməli olduğu “neytral, bitərəf” namizəd adlandırıb.

Əli Babayev