"Ukraynaya indi hava hücumundan müdafiə lazımdır..."

8 İyul 2024 21:37 (UTC+04:00)

Rusiyada hərbi cinayətlərinə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb olunacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə iyulun 8-də “X” sosial şəbəkəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell Rusiyanın bu gün Ukraynaya raket hücumuna reaksiya verərək yazıb.

...Rusiya Ukraynanın dinc sakinlərinə amansızcasına hücum etməkdə davam edir. Bugünkü hava hücumları nəticəsində onlarla insan həlak olub və yaralanıb, Kiyevin ən böyük uşaq xəstəxanası olan “Oxmatdıt” dağıdılıb. Ukraynanın indi hava hücumundan müdafiəsinə ehtiyacı var. Rusiya hərbi cinayətlərinə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb olunacaq.

Bunu Borrell vurğulayıb.

Əli Babayev