“Onlar nə edirlər, əclaflar? Ruslar yaxşı bilirdi ki, burada uşaqlar var”

8 İyul 2024 19:03 (UTC+04:00)

...Artıq məlum olduğu kimi, Rusiya Kiyevdəki “Oxmatdyt” uşaq xəstəxanasına hücum edərək, ukraynalıların iddia etdikləri kimi növbəti hərbi cinayət törədiblər.

Qeyd edilməlidir ki, bu xəstəxana Ukraynanın hər yerindən ağır xəstə uşaqları qəbul edirdi. Ona görə də, Rusiyanın vurduğu zərərin miqyasını başa düşmək belə çətindir.

İddialara görə, Rusiyanın hücumu zamanı bəzi uşaqlar dializdə olublar. Və həmən vaxt iki uşağın əməliyyat olunduğdu da bildirilir.

Hadisələr yerində olan “Kanal 24”-ün aparıcısı Oleq Belousov “Oxmatdyt” əməkdaşları ilə söhbət edib. Onlar hücum zamanı baş verənləri daha ətraflı izah etdilər.

...Əvvəla qeyd edək ki, xəstəxana ərazisində axtarış-xilasetmə əməliyyatı davam edir.

Getdikcə daha çox Kiyev sakinləri dağıntılar altında qalanların çıxarılmasına qoşulur və yerindəcə hər cür köməklik göstərirlər.

Ruslar xəstəxanada çoxlu sayda xəstə uşaqların, onların valideynlərinin və işçilərinin olduğunu bilə-bilə xəstəxananı hədəfə aldılar.

...Bayıra çıxdım və fit eşitdim (raketin fiti nəzərdə tutulur - Kanal 24), kimsə raketlərin vurulduğunu qışqırdı. Göy qara idi, hər şey guruldayırdı. Sonra 10-cu mərtəbəmizə uçdu. Düşündüm ki, müəssisənin yarısı söküləcək, hər şey dağılacaq. Dəhşətli tüstü var idi, bütün insanlar qaçıb qışqırırdılar. Bu, çox qorxuludur... Bunlar nə edirlər, ay əclaflar? Onlar yaxşı bilirdilər ki, burada uşaqlar var. Bir qadın yanıma qaçıb dedi ki, övladı reanimasiyadadır. O, soruşur: "Nə etməliyəm, hara qaçmalıyam?".

SİA-nın əldə etdiyi məlumata görə, bunu xəstəxananın təmizləyicisi Vera Vladimirovna bildirib.

Xoşbəxtlikdən uşaqlar evakuasiya olunduğu üçün Vera xanım anaları sakitləşdirməyə çalışıb.

Qucağında uşaq olan başqa bir qadın isə uşaqlarla ərazini gəzmək üçün binanı tərk etdiyini bildirib. O və 3 yaşlı uşaq möcüzə nəticəsində sağ qalıb.

...Bu, böyük bir kədərdir. Ən çox zərər çəkən binada çox ağır vəziyyətdə olan uşaqlar olub. Orada toksikologiya şöbəsi var, uşaqlar dializdə idi. Elə bu anda hava hücumu xəbərdarlığı başladı, amma mənim anladığım qədər dializ prosesini dayandırmaq mümkün deyil.

Bunu uşaq cərrahı Oleq Yançuk deyib.

Maraqlıdır ki, ruslar “Oxmatdyt” uşaq xəstəxanasını vuranların onlar yox, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin olduğunu iddia edirlər.

...Amma internetdə yayılan hücumun videoları rusların açıq-aşkar yalanlarını təkzib edir. Çünki, Rus raketinin birbaşa xəstəxanaya doğru getdiyi açıq-aydın görünür.

Bunu Ukrayna tərəfi bildirir.

Əli Babayev