Putin Şoyqunun köməkçilərini tutduqları vəzifələrdən azad edib

8 İyul 2024 18:43 (UTC+04:00)

Rusiya prezidenti Təhlükəsizlik Şurası katibi Sergey Şoyqunun köməkçilərini tutduqları vəzifədən azad edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, işdən çıxarılma barədə qərarlar hüquqi aktların rəsmi dərci portalında yerləşdirilib.

Vladimir Putinin imzaladığı sənəddə qeyd edildiyi kimi, Nail Muxitov Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifəsindən azad edilir.

Qeyd edək ki, analoji fərman Yevgeni Anoşinlə bağlı da verilib.

Məmurların işdən çıxarılmasının səbəbi barədə məlumat verilmir.

Boş qalan vəzifələrə kimin təyin olunacağı da məlum deyil.

Əli Babayev