Qusar Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim edilib

8 İyul 2024 17:56 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Sahir Polad oğlu Məmmədxanov iyulun 8-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

S.Məmmədxanov ona göstərilən etimada görə minnətdarlıq edib.