Cevdet Yılmaz İranın yeni seçilmiş prezidentini təbrik etdi

8 İyul 2024 18:04 (UTC+04:00)

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İranda keçirilən prezident seçkilərində qələbə qazanan Məsud Pezeşkiyan və Böyük Britaniyanın yeni Baş naziri Keir Starmeri təbrik edib. Cevdet Yılmaz deyib: "Hər iki ölkədə keçirilən seçkilər nəticəsində yaranan vəziyyətin əlaqələrimizi daha da gücləndirəcəyinə, regional və qlobal sülhə töhfə verəcəyinə inanıram".
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, rəsmi internet səhifəsində paylaşım edən Cevdet Yılmaz deyib:
“İran İslam Respublikasında keçirilən 14-cü prezident seçkilərində qələbə qazanan Məsud Pezeşkiyanı və İngiltərədə keçirilən seçkilər nəticəsində Baş nazir vəzifəsini icra etməyə başlayan Keir Starmeri təbrik edir, onlara vəzifələrində uğurlar arzulayıram. Seçki nəticələrinin ölkələrimiz, dost və qardaş İran xalqı və dost ilə müttəfiqimiz İngiltərə üçün xeyirli olacağına ümidvaram. İnanıram ki, hər iki ölkədə keçirilən seçkilər nəticəsində yaranmış vəziyyət əlaqələrimizi daha da gücləndirəcək, regional və qlobal sülhə töhfə verəcək”.