Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - SƏRƏNCAM

8 İyul 2024 14:11 (UTC+04:00)

Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, A.Əliyev VI çağırış Milli Məclisin vitse-spikeri olub.