Ukrayna atəşə tutulub - 20 ölü, 50 yaralı

8 İyul 2024 13:57 (UTC+04:00)

Bu gün səhər saatlarında Rusiya ordusu Ukrayna ərazisinə raket zərbələri endirib. SİA Ukraynanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, zərbə nəticəsində 20 nəfər həlak olub, 50-yə yaxın insan isə yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında Rusiya ordusunun ölkəyə 40-dan çox müxtəlif növ raket atdığını yazıb.

Onun sözlərinə görə, Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk və Kramatorsk kütləvi zərbələrə məruz qalıb.