Naxçıvanda 40 tona yaxın yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

8 İyul 2024 13:32 (UTC+04:00)

Naxçıvanda 40 tona yaxın yabanı halda bitmiş çətənə bitkisi məhv edilib. Bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanmış ümumi çəkisi 40 tona yaxın olan 559.000 ədəd yabanı halda bitmiş çətənə kolu yandırılaraq məhv edilib.