“Kəpəz” klubu daha iki futbolçu ilə vidalaşıb

8 İyul 2024 13:20 (UTC+04:00)

“Kəpəz” komandası daha iki futbolçu ilə yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, Gəncə təmsilçisi müdafiəçi Rüfət Əhmədov və yarımmüdafiəçi Latir Falla vidalaşıb. Həmin oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl Junior Martins, Adama Niane, Mate Kvirkviya, Vüsal Məsimov, Elçin Əlicanov, Olavale Onanuqa, İqor Rodrigeş və Georgi Papunaşvili ilə əməkdaşlığa son qoyub.