Azərbaycan gimnastı Portuqaliyadakı Dünya Kubokunda qızıl medal qazanıb

8 İyul 2024 12:40 (UTC+04:00)

Azərbaycan gimnastı Mixail Malkin Portuqaliyanın Koimbra şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Batut gimnastikası və tamblinq üzrə yarışan idmançı qızıl medal qazanıb.