Məşhur cütlük toydan sonra ilk fotosunu paylaşdı

8 İyul 2024 11:32 (UTC+04:00)

Türkiyəli məşhur aktyor Tolqa Sarıştaşın həyat yoldaşı toylarından sonra ilk şəkillərini paylaşıb. SİA xəbər verir ki, xoşbəxt pozalar verən cütlüyün fotosu çoxsaylı bəyənmələrə səbəb olub.

İzləyicilər şərhlərdə məşhur cütlüyün bir-birilərinə çox yaraşdıqlarını qeyd ediblər.

Qeyd edək ki, aktyor Tolqa Sarıtaş və dizayner Zeynep iyunun 27-də İzmirdə ailə qurub.