Diplomatlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

8 İyul 2024 11:29 (UTC+04:00)

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar iyulun 8-də Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıb. SİA xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Xarici İşlər Nazirliyinin əməkdaşları Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, onların xatirəsinə ucaldılan “Əbədi məşəl” abidəsinin önünə əklil və dəstələri qoyublar.