"Çin şirkətlərini ƏAİZ-də fəaliyyətə dəvət edirəm” - Valeh Ələsgərov

8 İyul 2024 11:10 (UTC+04:00)

Avropaya göndərdiyi məhsulları Azərbaycanda istehsal etmək Çin üçün daha sərfəlidir. SİA xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda deyib.

O bildirib ki, bu, Çini əlavə nəqliyyat xərclərindən azad edər, eyni zamanda, ƏAİZ-in güzəşt və imkanlarından yararlanmağa şərait yaradar: “Biz Çin şirkətlərini Azərbaycanda görməkdən məmnun olarıq. Çin şirkətlərini ƏAİZ-də fəaliyyətə dəvət edirəm”.