İndoneziyada torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb

8 İyul 2024 11:06 (UTC+04:00)

İndoneziyanın Sulavesi adasında güclü yağış nəticəsində qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində 11 işçi həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə "qeyri-qanuni" işlədilən qızıl mədənində çalışan 35 işçinin sürüşmə nəticəsində yerin altında qaldığı açıqlanıb.

Hadisədən sonra bölgəyə axtarış-xilasetmə qruplarının göndərildiyi, qrupların 11 nəfərin cəsədini tapdığı qeyd edilib. Milli Fəlakətlə Mübarizə Agentliyinin sözçüsü iyulun 6-dan bəri bölgəyə təsir edən şiddətli yağışların Bone Bolango bölgəsindəki 5 kənddə 3 metr hündürlüyünə çatan daşqınlara səbəb olduğunu, təxminən 300 evin və 1000-dən çox insanın zərər çəkdiyini söyləyib.