Ötən iki gün ərzində 3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

8 İyul 2024 10:41 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 6-da və 7-də ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə, həmçinin 142 ədəd metadon həbi və 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.