Gürcüstanda ard-arda 2 dəfə zəlzələ olub

8 İyul 2024 10:18 (UTC+04:00)

Gürcüstanda gecə saatlarında ard-arda iki dəfə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Samtsxe-Cavaxetiya regionunun Ninotsminda şəhərindən 24 kilometr aralıda, Sameba kəndi yaxınlığında qeydə alınıb.

Birinci təkanlar 4 bal, ikincisi isə 3,5 bal gücündə olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.