Azərbaycan gimnastı Portuqaliyada qızıl medal qazanıb

8 İyul 2024 09:14 (UTC+04:00)

Azərbaycan gimnastı Aleksey Krataşov Portuqaliyanın Koimbra şəhərində keçirilən “Coimbra Gym Fest” beynəlxalq turnirində uğurlu çıxış edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Batut gimnastikası və tamblinq üzrə yarışan idmançı qızıl medal qazanıb.