Sakit okeanda 6,2 maqnitudalı zəlzələ qeydə alınıb

8 İyul 2024 04:17 (UTC+04:00)

Yaponiya arxipelaqının ən böyük adası Honsü sahilindən 700 km-dən çox məsafədə yerləşən Oqasavara adaları yaxınlığında Sakit okeanda 6,2 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Hamamatsu şəhərindən (Sizuoka prefekturası) 873 km cənub-şərqdə baş verib. Təbiət hadisəsinin ocağı 566 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.