Avro-2024-ün favoritləri açıqlandı

8 İyul 2024 05:56 (UTC+04:00)

“Opta” superkompüteri Avropa çempionatnın yarımfinal mərhələsindən öncə turnirin əsas favoritini açıqlayıb. SİA xəbər verir ki, Avro-2024-də qələbəyə əsas namizədlər kimi İspaniya və Fransa millilərini göstərir – hər ikisi – 30%. İngiltərənin qalib gəlmək 23%, Niderland isə 17% şansı var.

Xatırladaq ki, Avro-2024-ün 1/2 finalında İspaniya – Fransa (9 iyul), Niderland – İngiltərə (10 iyul) duelləri baş tutacaq.