Fransa fəlakətli şəkildə bölünüb..?

8 İyul 2024 00:04 (UTC+04:00)

...Fransa fəlakətli şəkildə parçalanıb və artıq bölünmüş, lakin tolerant bir ailəyə bənzəmir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu britaniyalı tarixçi Endryu Xassi “The Guardian” üçün yazdığı məqalədə bəyan edir.

...Marin Le Penin partiyası keçən həftə Fransada keçirilən parlament seçkilərinin birinci turunda liderliyi ələ keçirəndən bəri Parisdəki məhəlləmdə, çörək sexi ilə içki dükanı arasındakı sıx küçə küncündə qorxulu qraffitilər peyda olub. Qraffitilərdə qara, aydın və möhkəm dəst-xəttlə yazılar peyda olub: “Les nerfs sont tendus, les Fachos seront pendus”...yəni “Əsəblər gərgindir, faşistlər asılacaq”.

Bunu Xassi yazır və əlavə edir ki, hazırda seçkilərin ikinci turu yaxınlaşdıqca, onun məhəlləsindəki sakit həyat dəhşətli təhlükə və Fransadakı mövcud gərgin vəziyyət haqqında xəbərdarlıq olaraq qalır.

Hazırda Fransa prezidenti Emmanuel Makron mövcud vəziyyəti təsvir etmək üçün “vətəndaş müharibəsi” ifadəsini işlətməkdan çəkinmir, şərhçilər isə onun məcazi şəkildə danışdığını və ya real perspektivə işarə etdiyini şübhə altına alırlar.

Xassiyə görə, Fransada indiki qarşıdurma sadəcə iki əks tərəfin - sağ və sol tərəfin mübarizəsi deyil.

Fransız filosofu Alen Finkelkrot bu yaxınlarda bildirdi ki, Fransada cəmiyyət hissələrə, ümumi maraqları olmayan bir-biri ilə vuruşan qruplara bölünüb.

Eyni zamanda, Finkelkrot dövlətin mümkün parçalanması və “bölünməz respublikanın” dağılması ilə bağlı qorxularını da dilə gətirib.

...Fransada onilliklər ərzində bu cür siyasi gərginlik olmayıb. Bu gün nə baş verməsindən asılı olmayaraq, "Milli Assosiasiya"nın çox arzulanan mütləq çoxluğu qazanıb-almamasından asılı olmayaraq, Fransa tarixi bir məqama yaxınlaşıb ki, ondan geri çəkilmək onun üçün asan olmayacaq.

Maraqlıdır ki, müəllif buna tam əminlik ifadə edir.

Əli Babayev