“Mançester Siti” Kevin de Brüyneyə qiymət qoydu

7 İyul 2024 22:13 (UTC+04:00)

“Mançester Siti”nin yarımmüdafiəçi Kevin de Brüyne bu yay Səudiyyə Ərəbistanı klubuna keçə bilər.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb. Bildirilib ki, klub 33 yaşlı oyunçuya 50 milyon funt-sterlinq qiymət qoyub. Onunla "Əl-İttihad"ın maraqlandığı bildirilir.

Qeyd edək ki, Kevin de Brüynenin "Mançester Siti" ilə hazırkı müqaviləsi onu 2025-ci ilin iyununda başa çatır.