FHN: Bakıda onaltımərtəbəli binada baş verən yanğın söndürülüb

7 İyul 2024 18:25 (UTC+04:00)

Bakıda onaltımərtəbəli binada baş verən yanğın söndürülüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən yayılaraq mənzillərə keçməsinə imkan verilməyib. Yanğın qısa müddətdə söndürülüb.

18:01

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb. Tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.