Məşhur türkiyəli ulduza konsertdə hücum olub

7 İyul 2024 16:43 (UTC+04:00)

Türkiyəli müğənni Cem Adrianın Vanda verdiyi konsertdə xoşagəlməz hadisə baş verib. SİA xəbər verir ki, konsert zamanı sənətçinin üzünə plastik su qabı atılıb.

Buna baxmayaraq ifasına davam edən Cem Adrian daha sonra olayla bağlı açıqlama verib.

"Utanc hissi yaşamanızla bağlı xeyli mesajlar alıram. Mən özümü çox yaxşı və gözəl hiss edirəm. Belə hiss etməyinizə ehtiyac yoxdu. Mən gül bağçasında idim, 1-2 tikana görə bağçaya küsməzlər. Mən gülə görə tikanı da sevirəm. Möhtəşəmsiniz, Van. Hər şey üçün minnətdaram", - o qeyd edib.