Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - FOTO

7 İyul 2024 14:52 (UTC+04:00)

İyulun 7-də törətdiyi cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılarkən qətlə yetirilən polis kapitanı Fəxrəddin Nəsirovla vida mərasimi keçirilib. DİN-dən SİA-ya verilən məlumata görə, vida mərasimində onların ailə üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər. Vida mərasiminə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov da qatılıb.