Naxçıvanda keçirilən imtahanda 1889 abituriyent iştirak edib - FOTO

7 İyul 2024 14:11 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qruplarının ikinci mərhələsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan respublikanın 22 şəhər və rayonunda təşkil edilib. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanda, ümumilikdə, 1889 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 25 rəhbər, 188 nəzarətçi ayrılıb.

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.