"Sumqayıt" yaponiyalı futbolçu ilə vidalaşdı

7 İyul 2024 08:24 (UTC+04:00)

“Sumqayıt” Masaki Murata ilə yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. Yaponiyalı futbolçu ilə başa çatan müqavilənin uzadılmamasına qərar verilib.

Qeyd edək ki, Murata 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 35 oyunda 1 qolla yadda qalıb.