NATO sammiti öncəsi Vaşinqtonda etirazlar başlayıb

7 İyul 2024 08:16 (UTC+04:00)

Vaşinqtonda NATO sammitindən əvvəl etiraz aksiyaları başlayıb. SİA xarici mediaya istinadla xəbər verir ki, etirazçılar alyansın və Amerika hərbi bazalarının ləğvini tələb edirlər.

Etirazlarda, həmçinin İsrailə Amerika silahlarının verilməsini dayandırmaq çağırışları da yer alıb.

Qeyd edək ki, sammit iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.