Hacıqabul rayonunda zəlzələ qeydə alınıb

7 İyul 2024 02:22 (UTC+04:00)

Azərbaycanda 3,1 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Qobustan stansiyasından 32 km cənubda, Hacıqabul rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin gücü hiss olunmayıb.