Viktor Drobış Valeriyanın zəif cəhətlərindən danışıb...

7 İyul 2024 01:04 (UTC+04:00)

Bu arada rusiyalı bəstəkar və prodüser Viktor Drobış, Rusiya şou-biznesinin “düzgün” ulduzlarından biri olan müğənni Valeriyanın içkiyə olan meylindən danışıb. Onun dediyinə görə, mütəmadi olaraq özünə bir-iki qədəh içməyə icazə verən müğənni sonradan söyüş söyür.

SİA-nın əldə etdiyi məlumata görə, Drobış bu barədə İda Qaliçə müsahibəsində danışıb.

Onun sözlərinə görə, ifaçı belə bir zərurət yaranarsa və ya xüsusilə sönük həmsöhbətlə qarşılaşarsa, çəkinmədən nalayiq ifadələr işlədə bilər.

O əlavə edib ki, vaxtilə Valeriya guya spirtə ümumiyyətlə biganə olub. Ancaq indi o, xoş kampaniyada istirahət edə bilər.

Drobış, təxminən beş ildən sonra Valeriyanın stəkanın üstündə oturacaqğını da istisna etmir.

Bununla belə o, Valeriyanı “qadın, sportsmenka, komsomolka” hesab edir.

Nazlı Almuradova