Nasos stansiyasında baş verən partlayış nəticəsində 2 nəfər ölüb

7 İyul 2024 00:42 (UTC+04:00)

Volqoqradda nasos stansiyasında qazın partlaması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, fövqəladə hadisə “Su Təchizatı Konsessiya” MMC-yə məxsus obyektdə baş verib.

Partlayış nəticəsində binanın bir hissəsi dağılıb, dam örtüyü uçub.

Bundan əlavə, dəmir-beton konstruksiyaların dağıntıları altında üç nəfərin qala biləcəyi ehtimal olunur.

Hazırda qurbanların dəqiq sayı müəyyənləşdirilir.

TASS xəbər verir ki, fövqəladə vəziyyətlə əlaqədar “İş zamanı təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə cinayət işi açılıb.

Əli Babayev