Krasnodar diyarındakı neft anbarına pilotsuz təyyarə zərbəsi...

7 İyul 2024 00:34 (UTC+04:00)

İyulun 6-na aid peyk görüntüsü, şənbə günü gecə saatlarında Ukraynanın hücum pilotsuz təyyarələrinin hücumuna məruz qalan Krasnodar vilayətindəki neft anbarında baş verən yanğını təsdiqləyir.

Qeyd edək ki, bir müddət bundan əvvəl SİA yanğının söndürülməsində rusların çətinliklə üzləşdikləri barədə yazmışdı. Amma son görüntülər havaya qalxan tüstünün azaldığını göstərir

Bundan əlavə, “Azadlıq” radiosunun dərc etdiyi kadrlarda yanacağın saxlandığı ən azı üç konteynerin zədələndiyi görünür.

Yeri gəlmişkən, bildirək ki, sözügedən neft anbarı Leninqradskaya kəndində yerləşir və “Rosneft-Kubannefteproduct” şirkətinə məxsusdur.

Əli Babayev