...Yüksək kateqoriyalı baytar Mixail Şelyakov ev heyvanları üçün pomada və ətirlərin gizli təhlükəsi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, məhsullar heyvanlarda allergiyaya səbəb ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bununla əlaqədar olaraq, mütəxəssis Moskva agentliyi ilə söhbətində rusları heyvanlara mehribanlıq göstərərkən gigiyena və rahatlıq qaydalarına riayət etməyə çağırıb.
Ekspert qeyd edib ki, “ev heyvanları öpülə bilər və öpülməlidir”. Eyni zamanda, ehtiyat tədbirlərinin görülməsi və ev heyvanının sağlam olmasına əmin olmaq vacibdir.
...İnvaziv xəstəliklər insanlardan heyvanlara və əksinə keçə bilər.
Bunu deyən baytar həkim əlavə edib ki, ətir və pomadadan əlavə, ev heyvanı sahibinin çeynədiyi nanə və ya sitrus ətirli saqqızları sevməyə bilər.
Nazlı Almuradova