Burkina Faso, Mali və Niger konfederasiyada birləşir...

6 İyul 2024 21:13 (UTC+04:00)

...Üç Afrika ölkəsi - Burkina Faso, Mali və Nigerin liderləri konfederasiyada birləşmək qərarına gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AFP xəbər verir.

Agentlik daha böyük inteqrasiya üçün təkanların bir hissəsi kimi konfederasiyanın yaradılması ilə bağlı müddəaları ehtiva edən sənədə istinad edir.

“ActuNiger”-in məlumatına görə, iyulun 6-da Nigerin paytaxtı Niameydə Sahel Dövlətləri Alyansının Dövlət Başçıları Kollecinin sammiti keçirilir.

Bu əməkdaşlıq formatı 2023-cü il sentyabrın 16-da Niger, Burkina Faso və Malinin keçid hakimiyyətinin üç prezidenti tərəfindən Liptako-Qurma Xartiyasının imzalanmasından sonra yaradılmışdır.

Nigerin hakim Vətəni Müdafiə Milli Şurasının rəhbəri general Abdurrahman Chiani əvvəllər qeyd edib ki, üç Sahel Dövlətləri Alyansı ölkəsinin (o cümlədən Niger, Mali, Burkina Faso) xalqları ECOWAS-dan birdəfəlik üz çeviriblər.

Əli Babayev