Selin Dion səhnəyə qayıdır...

6 İyul 2024 19:03 (UTC+04:00)

...“Titanik” filmindəki mahnı sayəsində bütün dünyada məşhurlaşan kanadalı müğənni Selin Dion uzun illər sağalmaz, dəhşətli diaqnozunu - əzələ sərtliyi sindromunu gizlətdi. Onun özəlliyi könüllü olaraq baş verən spazmların güclü hücumlarıdır.

...Amma buna baxmayaraq...

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, artıq dörd ildir ki, Selinin səhhəti ona konsert verməyə imkan vermir.

...Və bu arada “The Sun” xəbər verib ki, ulduz ABŞ-ın Las-Veqas şəhərində payız canlı musiqi konsertinə hazırlaşır.

...O, dörd illik səhnəsiz həyatdan sonra bu payızda qayıdacaq məhdud sayda şou üçün məşq edir.

Bu, “The Sun”un məqaləsində deyilir.

Ehtimallara görə, müğənni 70 dəqiqə səhnədə ən böyük hitlərini ifa etməyi planlaşdırır.

Hələlik konsertin dəqiq tarixi bilinmir.

İfaçının səsini bərpa etmək üçün son səkkiz ay ərzində mütəxəssislərlə birlikdə çalışdığı vurğulanır.

Nazlı Almuradova