Neft emalı zavodu hələ də söndürülməyib...

6 İyul 2024 18:03 (UTC+04:00)

...İyulun 6-na keçən gecə pilotsuz təyyarələr Rusiyanın Krasnodar diyarındakı neft obyektlərinə kütləvi şəkildə hücum edib. Pavlovskaya kəndindəki neft emalı zavodu da hücuma məruz qalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, zavoddakı yanğın hələ də söndürülməyib.

“Dialog.ua” saytı qeyd edib ki, neft emalı zavodunun söndürülməsində iştirak edən yanğınsöndürən zərbənin nəticələrini videoya çəkib.

O, böyük yanğını tez bir zamanda söndürməyin mümkün olmayacağını etiraf edib.

Ruslar həmçinin Leninqradskaya kəndində yanacaq çəninin yandığını da bildiriblər.

Əli Babayev