İran prezidentinin andiçmə mərasimi bu tarixdə keçiriləcək

6 İyul 2024 17:08 (UTC+04:00)

İran parlamenti bu həftə yeni seçilmiş prezident Məsud Pezeşkianın inauqurasiyasını keçirə bilər. SİA xəbər verir ki, bunu iranlı deputat Əkbər Rəncbərzadə deyib.

O əlavə edib ki, qanunvericilik və icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq, mərasimə xarici qonaqlar dəvət olunacaq.